Kərkükdə ardıcıl üç güclü partlayış baş verib


Dünya 18 İyl 2018 23:34:00 253 0

Kərkükdə ardıcıl üç güclü partlayış baş verib

İraqın şimalında, Kərkük şəhərində ardıcıl üç güclü partlayış baş verib.

Son.az APA-ya istinadən bildirir ki, partlayışlar Kərkükün mərkəzində, Bağdada gedən yolda və şəhərin Dümeyz rayonunda qeydə alınıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində 8 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.