Qanunsuz dini ədəbiyyat satan 45 nəfər barəsində protokol tərtib edilib


Digərləri 18 İyl 2018 20:50:00 267 0

Qanunsuz dini ədəbiyyat satan 45 nəfər barəsində protokol tərtib edilib

Azərbaycanda qanunsuz dini ədəbiyyat satan 45 nəfər barəsində protokol tərtib edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında deyib.

Sədr müavini Dövlət Komitəsinin ötən müddət ərzində hüquq-mühafizə orqanları ilə birgə qeyri-ənənəvi dini cərəyan mənsublarının qanunsuz fəaliyyətlərinə, eləcə də ixtisaslaşmış satış məntəqələrindən kənarda dini ədəbiyyat nümunələrinin satışının həyata keçirilməsinə qarşı inzibati tədbirləri intensiv şəkildə davam etdirdiyini deyib.