Bakıda iki universitetin yataqxanası fərqli model üzrə tikiləcək


Digərləri 18 İyl 2018 20:42:00 262 0

Bakıda iki universitetin yataqxanası fərqli model üzrə tikiləcək

Bakıda iki universitetin yataqxana kompleksi "Tik-idarə et-təhvil ver" modeli əsasında inşa olunacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icra vəziyyəti üzrə hesabatda deyilir.

Qeyd olunur ki, tədbirin icrası məqsədilə dövlət-özəl sektor tərəfdaşlığı ilə bağlı bir sıra ölkələrin təcrübəsi öyrənilərək təhlil edilib, eləcə də bu sahədə ölkəmizdə mövcud vəziyyət və sözügedən sahəni tənzimləyən milli qanunvericilik sistemi araşdırılıb. Araşdırmaların nəticəsi olaraq, ölkədə dövlət-özəl sektor tərəfdaşlığının inkişafı ilə bağlı konsepsiya layihəsi hazırlanıb. "Tik-idarə et-təhvil ver" modeli ("TİT" modeli) əsasında layihələrin həyata keçirilməsi ilə əlaqədar müvafiq işlər görülüb, bu sahədə müxtəlif ölkələrin təcrübəsi öyrənilərək təhlil edilib.