Azərbaycanda qanunsuz dini ədəbiyyat satan 45 nəfər barədə protokol tərtib edilib


Digərləri 18 İyl 2018 19:48:33 261 0

Azərbaycanda qanunsuz dini ədəbiyyat satan 45 nəfər barədə protokol tərtib edilib

Azərbaycanda qanunsuz dini ədəbiyyat satan 45 nəfər barədə protokol tərtib edilib

Bakı. Elçin Mehdiyev - Azərbaycanda qanunsuz dini ədəbiyyat satan 45 nəfər barəsində protokol tərtib edilib. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında deyib. Sədr müavini Dövlət Komitəsinin ötən müddət ərzində hüquq-mühafizə orqanları ilə birgə qeyri-ənənəvi dini cərəyan mənsublarının qanunsuz fəaliyyətlərinə, eləcə də ixtisaslaşmış satış məntəqələrindən kənarda dini ədəbiyyat nümunələrinin satışının həyata keçirilməsinə qarşı inzibati tədbirləri intensiv şəkildə davam etdirdiyini deyib.