“Tramp Ruhani ilə görüşmək üçün 8 dəfə xahiş edib”


Dünya 18 İyl 2018 19:18:00 266 0

“Tramp Ruhani ilə görüşmək üçün 8 dəfə xahiş edib”

Ötən il BMT Baş Assamableyasının sessiyasında iştirakı çərçivəsində İran prezidenti Həsən Ruhaninin Nyu-Yorka səfəri zamanı ABŞ prezidenti Donald Tramp onunla görüşmək üçün İslam Respublikasının nümayəndə heyətindən 8 dəfə xahiş edib.

Son.az report-a istinadən xəbər verir ki, bunu İran prezident administrasiyasının başçısı Mahmud Vaizi iyulun 18-də jurnalislərə açıqlamasında bildirib.

"İnterfax" bildirib ki, ABŞ prezidentindən görüşlə bağlı sorğunun verilməsi barədə məlumat yayılmayıb. İndiyədək Donald Trampla Həsən Ruhani arasında görüş olmayıb.