Azərbaycan-İtaliya işgüzar görüşü keçirilib (FOTO)


Digərləri 18 İyl 2018 19:11:00 319 0

Azərbaycan-İtaliya işgüzar görüşü keçirilib (FOTO)

Azərbaycan-İtaliya işgüzar görüşü keçirilib.

Bakı. İyulun 18-də Azərbaycan-İtaliya işgüzar görüşü keçirilib. Trend-in məlumatına görə, tədbirdə Azərbaycan və İtaliya tərəfdən rəsmi şəxslərlə yanaşı, maliyyə, tikinti, kənd təsərrüfatı, logistika və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib. İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlər, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi məqsədilə görülən işlər, Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanları barədə məlumat verib. Qeyd edilib ki, indiyədək ölkəmizdə 100-ə yaxın İtaliya şirkəti qeydiyyatdan keçib. Azərbaycan-İtaliya əlaqələri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir. Bildirilib ki, Azərbaycan-İtaliya əlaqələrinin genişləndirilməsi və iş adamları arasında əməkdaşlığın təşviqi məqsədilə indiyədək 18 biznes forum və işgüzar görüş keçirilib, 2015-ci ildə Azərbaycan ilk dəfə olaraq İtaliyada keçirilən “Milan Expo 2015” sərgisində milli stendlə təmsil olunub. İkitərəfli əlaqələrin genişlənməsində Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının rolunu qeyd edən Rüfət Məmmədov Komissiyanın 4 iclasının keçirildiyini diqqətə çatdırıb.