Dənizdə batan şəxsin meyiti çıxarıldı


Digərləri 18 İyl 2018 18:50:00 273 0

Dənizdə batan şəxsin meyiti çıxarıldı

Dənizdə batan şəxsin meyiti çıxarılıb.

FHN-dən Son.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1000 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

1960-cı il təvəllüdlü Hüseynov Tərlanın meyiti hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.​