“Maire Tecnimont”: Azərbaycandakı əsas məqsədimiz digər şirkətləri də buraya cəlb etməkdir


Digərləri 18 İyl 2018 18:32:16 235 0

“Maire Tecnimont”: Azərbaycandakı əsas məqsədimiz digər şirkətləri də buraya cəlb etməkdir

Azərbaycandakı əsas məqsədimiz digər şirkətləri də buraya cəlb etməkdir.

Bakı. Azərbaycandakı əsas məqsədimiz digər şirkətləri də buraya cəlb etməkdir. Trend-in məlumatına görə, bunu İtaliyanın “Maire Tecnimont” şirkətinin prezidenti Fabrizio di Amato Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışında çıxışı zamanı deyib. Zavodun tikintisini birgə əməkdaşlığın yüksək nümunəsi adlandıran F.Amato bildirib ki, SOCAR rəhbərlik etdiyi şirkətin ən önəmli tərəfdaşlarından biridir: “SOCAR Polymer” isə şirkətimiz üçün uzunmüddətli əməkdaşlıqda əvəzolunmaz tərəfdaşdır. Biz şirkətimizin imkanları və texnologiyası hesabına Azərbaycanın sənaye sahəsinin inkişafına verdiyimiz töhfədən dərin məmnunluq hissi duyuruq. Biz İtaliya vətəndaşı olaraq dialoqa daim hazır olmalı və insani dəyərləri diqqətdən kənarda qoymamalıyıq. Biz, eləcə də bu layihənin Azərbaycan iqtisadiyyatına verəcəyi töhfəni çox diqqətlə izləyirik. Bilirik ki, bu layihə hesabına “SOCAR Polymer” Azərbaycanda ilk dəfə olaraq polipropilen və polietilen istehsal edəcək. Bu, nəinki neft kimyası sahəsində, digər sahələrdə də əməkdaşlığın başlanğıcıdır". O qeyd edib ki, bu zavodun tikintisində istifadə olunan texnologiyalar İtaliyanın ən müasir texnologiyalarına aid edilir: "Bu zavod iqtisadiyyatın inkişafında və Azərbaycanın sənayesində böyük rol oynayacaq. Çünki bu zavod təbii ehtiyatlardan istifadə hesabına fəaliyyət göstərəcək. Bu layihə, bizim fikrimizcə, Azərbaycan hökuməti və eləcə də cəmiyyəti üçün mühüm mexanizmlərdən birini təşkil edir. “Maire Tecnimont” olaraq bizim Azərbaycandakı əsas məqsədimiz digər şirkətləri də buraya cəlb etmək və əməkdaşlığımızı daha da məhsuldar etməkdir.