Cəlilabadda 7 yaşlı oğlanı maşın vurdu


Digərləri 18 İyl 2018 16:40:00 203 0

Cəlilabadda 7 yaşlı oğlanı maşın vurdu

Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, minik avtomobili şəhər sakini, 2011-ci il təvəllüdlü Quliyev Həsən Cavid oğlunu vurub. Yaralı xəsarətlərlə xəstəxanaya aparılıb. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.