Dövlət Reklam Agentliyi gördüyü işləri açıqladı


Digərləri 18 İyl 2018 16:16:00 697 0

Dövlət Reklam Agentliyi gördüyü işləri açıqladı

Bu gün Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) yaranmasının 1 illiyi münasibətilə qurumda mətbuat nümayəndələri üçün "Açıq qapı" günü təşkil edilib.

Son.az-ın məlumatına görə, layihəni həyata keçirməkdə məqsəd ictimaiyyəti açıq məkanda reklam yerləşdirilən zaman mövcud prosedurların sadələşdirilməsi yönündə yeni texnologiyaların tətbiqi barədə məlumatlandırmaq, sahibkarların inzibati yükünün azaldılması istiqamətində görülən işlər və yaradılan şəffaf şəraitlə tanış etmək olub.

Qeyd edək ki, ADRA açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarının üzərində yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirir.

Ölkə üzrə 11 regional idarədən ibarət Agentliyin müfəttişləri mütəmadi monitorinqlər aparır, daha effektiv reklam yayımının həyata keçirilməsi üçün reklam yayıcısı olan sahibkarları qanunvericiliyin tələbləri barədə maarifləndirir, eyni zamanda texniki təhlükəsizlik tələblərinə cavab verməyən reklam daşıyıcılarının və qanunvericiliyə uyğun olmayan reklamların yayımının aradan qaldırılması istiqamətində tədbirlər görür, açıq məkandakı reklamlarda Azərbaycanın dövlət dili və dövlət rəmzlərinin qorunmasını təmin edir.


Xəbərə aid fotolar