Sumqayıt və Gəncədə güzəştli mənzil tikintisi üçün torpaq sahələri müəyyənləşdirilir


Digərləri 18 İyl 2018 15:30:00 286 0

Sumqayıt və Gəncədə güzəştli mənzil tikintisi üçün torpaq sahələri müəyyənləşdirilir

Sumqayıt və Gəncədə güzəştli mənzil tikintisi üçün torpaq sahələri müəyyənləşdirilir.

Bakı. Sumqayıt və Gəncədə güzəştli mənzil tikintisi üçün torpaq sahələri müəyyənləşdirilir. Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti üzrə hesabatda deyilir. Qeyd olunur ki, ötən müddət ərzində Azərbaycanın regionları üzrə, o cümlədən iqtisadi inkişaf göstəriciləri yüksək olan şəhərlər üzrə statistik məlumatların təhlili aparılaraq, növbəti illər ərzində mənzil tikintisinə ehtiyacı olan əsas şəhərlər müəyyənləşdirilib. Eyni zamanda, güzəştlə mənzil əldə etmək hüququ olan və “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçərək şəxsi elektron kabinetə sahib olan vətəndaşlar arasında güzəştli mənzillərin inşa oluna biləcəyi şəhərlərin, mənzillərin otaq sayının və ölçülərinin, digər göstəricilərin proqnozlaşdırılması məqsədilə sorğu keçirilib.