Xəzəri çirkləndirən 13 şəxs inzibati məsuliyyətə cəlb edilib


Digərləri 18 İyl 2018 15:23:00 218 0

Xəzəri çirkləndirən 13 şəxs inzibati məsuliyyətə cəlb edilib

DİN və ETSN birgə reydlər keçirib

Bakı. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər dənizinin sahil zolağında sanitar-gigiyena qaydalarına riayət edilməsi sahəsində nəzarətin gücləndirilməsinə dair Tədbirlər Planına uyğun olaraq Xaçmaz rayonu ərazisində reydlər keçiriblər. DİN-dən Trend-ə verilən məlumata görə, reydlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 264-cü (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddələrinin tələblərini pozmuş 12 fiziki və 1 hüquqi şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Onlara tətbiq olunan cərimələrin məbləği 9.400 manat təşkil edib.