Açıq məkanda reklam yerləşdirmək asanlaşdırılır


Digərləri 18 İyl 2018 13:33:00 230 0

Açıq məkanda reklam yerləşdirmək asanlaşdırılır

Azərbaycanda açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarların qeydiyyatdan keçməsi üçün mövcud prosedurların sadələşdirilməsi məqsədilə elektron müraciət sisteminin yaradılması sentyabr ayında başa çatacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Dövlət Reklam Agentliyinin direktor müavini Orxan Əliyev jurnalistlərə deyib.

O.Əliyev bildirib ki, göstərilən xidmətlərin əlçatanlığının artırılması məqsədilə "Reklam daşıyıcılarının onlayn qeydiyyatı" sistemi tezliklə Agentliyin rəsmi internet səhifəsinin tərkib hissəsi olaraq istifadəyə veriləcək:

"Hər bir reklam yayıcısı səhifədə qeydiyyatdan keçməklə reklam yayımı xərclərini hesablaya və yeni reklam qurğularının qeydiyyatı üçün müraciət edə biləcək".