Media nümayəndələri üçün pulsuz göz müayinəsi aksiyası keçiriləcək


Digərləri 18 İyl 2018 10:03:00 274 0

Media nümayəndələri üçün pulsuz göz müayinəsi aksiyası keçiriləcək

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi 22 iyul- Milli Mətbuat Günü ilə əlaqədar "Sağlam baxış, sağlam cəmiyyət" adı altında açıq qapı günü keçirir.

Bakı. İlhamə İsabalayeva - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi 22 iyul- Milli Mətbuat Günü ilə əlaqədar "Sağlam baxış, sağlam cəmiyyət" adı altında açıq qapı günü keçirir. Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva Trend-ə bildirib ki, iyulun 20-də keçiriləcək açıq qapı günü çərçivəsində media nümayəndələri üçün aksiya təşkil olunacaq.