Ötən gün 27 cinayətkar saxlanılıb


Digərləri 18 İyl 2018 09:55:06 252 0

Ötən gün 27 cinayətkar saxlanılıb

Ötən gün 27 cinayətkar saxlanılıb.

Bakı. İyulun 17-dən 18-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 117 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.