Hindistanın paytaxtı Delidə iki binanın dağılması nəticəsində üç adam ölüb


Digərləri 18 İyl 2018 08:49:32 235 0

Hindistanın paytaxtı Delidə iki binanın dağılması nəticəsində üç adam ölüb

İyulun 18-də Hindistanın paytaxtı Delinin şərqindəki Big Noida şəhərində iki binanın dağılması nəticəsində üç adam həyatını itirib.

Bakı. İyulun 18-də Hindistanın paytaxtı Delinin şərqindəki Big Noida şəhərində iki binanın dağılması nəticəsində üç adam həyatını itirib. Bu haqda Uttar Pradeş ştatının polis idarəsi məlumat verib. "Tikilən altı mərtəbəli binanın dörd mərtəbəli yaşayış binasının üzərinə aşması nəticəsində hər ikisi dağılıb. Hal hazırda 3 adımın öldüyü haqda məlumatımız var. Dağıntılar altında qalanların sayı barəsində və kiminsə sağ qalıb qalmaması haqqında hələ ki dəqiq informasiyamız yoxdur”, - ştatın polis idarəsinin rəsmisi hadisəylə bağlı bəyanat verib.