İzmirdə güclü meşə yanğını


Digərləri 18 İyl 2018 08:19:13 305 0

İzmirdə güclü meşə yanğını

İzmirin Bayındır bölgəsində meşə yanğını baş verib.

Bakı. İzmirin Bayındır bölgəsində meşə yanğını baş verib. Lütuflar kəndi yaxınlığında meşə ərazisində hələ müəyyənləşdirilməmiş səbəblərdən yanğın baş verib. Güclü külək səbəbindən yanğının alovu daha çox yayılıb. Trend yerli kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, İzmirin Meşə İdarəsinə məxsus bir neçə helikopter və yanğınsöndürən təyyarə yanğının söndürülməsində iştirak edib. Manisa Meşə İdarəsi də yanğının şimal sərhədini nəzarət altına almağa çalışır və yanğınsöndümə briqadalarını hadisə yerinə səfərbər edib.