Uşaqlarınızda bu əlamətlər varsa, MÜTLƏQ... Baş pediatrdan VACİB XƏBƏRDARLIQ


Digərləri 18 İyl 2018 05:30:00 284 0

Uşaqlarınızda bu əlamətlər varsa, MÜTLƏQ...  Baş pediatrdan VACİB XƏBƏRDARLIQ

Son günlər ölkədə uşaqlar arasında bağırsaq infeksiyaları ilə bağlı xəstəxanalara müraciət artıb. Redaksiyamıza daxil olan məlumatlara əsasən, əsas şikayətlər ishal, qusma halları və temperaturun yüksəlməsi ilə bağlıdır. Bu hallar isə uşaqların bədinində suyun azalmasına səbəb olur. Bu isə özü ilə yeni problemlər gətirir. Uşaqların immuniteti zəifləyir. Valideynlər deyir ki, həkimlər qusma və ishal əlamətləri ilə müşahidə edilən bu xəstəliklərin uşaqlar arasında hava-damcı yolu ilə yayıldığını bildirir.

Paytaxtın uşaq infeksion xəstəxanalarına gün ərzində daim bu şikayətlərlə müraciətlər daxil olur.

Son.az xəbər verir ki, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev isə  açıqlamasında bildirib ki, yay mövsümündə uşaq xəstəlikləri ilə bağlı ən çox müraciətlər günvurmalar və bağırsaq pozğunluqlarıdır:

"Yay mövsümündə qida rasionun geniş və isti mühitdə xarab olmağa meyilli olması bağırsaq pozuntularına "şərait" yaradır. Biz yayda meyvə və tərəvəz bolluğundan istifadə edib uşaqların orqanizmini möhkəmləndirməliyik ki, qışa hazır olsunlar. Digər tərəfdən bu qidalardan baş verən xəstələnmə hallarının da qarşısını almalıyıq. Yayda digər fəsillərdən fərqli olaraq ishal əlamətləri tez-tez müşahidə edilir, bağırsaq infeksiyaları artmağa meyilli olur. Bu da yayda tez xarab olan qidaların qəbulundan baş verir. Bu səbəblərdən uşaqlarda salmonelloz, dezinteriya xəstəliyi, qida toksiki infeksiyaları müşahidə edilə bilər".

Baş pediatr hazırda bağırsaq infeksiyası xəstəlikləri ilə bağlı təhlükənin olmadığını deyir:


Xəbərə aid foto