Qurani Kərimdən qısa və gözəl bir dua nümunəsi


Digərləri 17 İyl 2018 23:50:00 322 0

Qurani Kərimdən qısa və gözəl bir dua nümunəsi

Quran ilahi maarif kitabıdır. Bu kitab insan həyatının bütün sahələrində onun əlindən tutur, onu zülmətdən nura çıxarır.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, Quran maarifinin bir nümunəsi də insana dua ədəbini öyrətməsidir. Bəli duanın əsas şərti dua mərifətinə sahib olmaqdır. Çünki insan özünə və rəbbinə mərifət və agahlıq tapmadıqca qəlb və dil duaya gəlməz.

Quranın, bəndənin dilindən zikr olunan bir ayəsi də Şüəra surəsinin 83-cü ayəsidir:

رَبِّ هَبْ لِي حُكْمًا وَأَلْحِقْنِي بِالصَّالِحِينَ

"Ey Rəbbim! Mənə hökm (elm və hikmət) bəxş et və məni salehlərlə qovuşdur!"