İnsan bilmədiyi mövzu barədə mübahisə edərsə, kor kimi olar


Digərləri 17 İyl 2018 23:40:00 335 0

İnsan bilmədiyi mövzu barədə mübahisə edərsə, kor kimi olar

Əhli-Beyt (ə) məktəbinin ən böyük alimlərindən olan mərhum Şeyx Bəhayi buyurur: "Hər kim yersiz işlərə həvəs göstərər - haqqa çatmaz. Hər kim nadanlıq üzündən düşmənçilik edər - gözləri haqqı görməkdən kor olar. Hər kim haqdan yolunu azar - yaxşılığı pis kimi qarşılayar. Pisliyi yaxşılıq kimi qəbul edər, yolunu azmaq mehi ilə məst olar. Hər kim düşmənçilik edər - yolu hamarsız və dəhşətli olar. İşləri çətin olar, bayıra çıxmaq yolu üzünə bağlı olar.

Son.az deyerler.org-a istinadən bildirir ki, bizim dini mərifətimizə əsasən həm yolumuz vardır, həm də vəzifələndirilmişik. Ancaq Allahın zatı barəsindəki həqiqətlər sonsuzdur. Hər kimin yolu Allaha tərəf olar, ancaq o səmtə tərəf meyli olar. Bu sifət saliklərin sifətlərindəndir.

Quranın qadağan etdiyi mövzulardan biri - mübahisə etməkdir. Hər kim bilmədiyi mövzuda mübahisə edərsə, korluğu davam edər. Münaqişə mövzusu da bu cürdür. O kəs ki, dava edər, həm öz qüdrətini azaldar və həm də qarşı tərəfin qüdrətini. Bir başqası ki, onunla dava edər - həm öz qüdrətini azaldar, həm də qarşı tərəfin. Ona görə də davanın sonu ancaq belədir.

O kəs ki, yolunu azar - yaxşını pis kimi görər. Quran onları münafiq adlandırmış və buyurmuşdur: "Pis işlər görməyi əmr edərlər, yaxşı işləri qadağan edərlər və öz əllərini (mallarını haqq yolunda xəcləməyə) bağlayarlar". ("Tövbə" 67).