Yoxsul insan alimin verdiyi pulu niyə qaytardı?


Digərləri 17 İyl 2018 23:20:00 275 0

Yoxsul insan alimin verdiyi pulu niyə qaytardı?

Son.az deyerler.org-a istinadən bildirir ki, Ustad Ənsarian yazır: "Təhsil aldığım zamanlarda yaxın dostlarımdan birinin vasitəsilə möhtərəm ailələrdən birinin maddi çətinlikdə olduğunu öyrəndim. Həmin dostumun vasitəsilə hər ay müəyyən məbləğ ilə onlara yardım etməyə çalışırdım.

Bir gün böyük ailəni idarə edə biləcək qədər pulu dostuma verdim ki, həmin şəxsə çatdırsın və o da bir həftə ailəsinin xərclərini ödəyə bilsin. Lakin həmin şəxs bu dəfə pulu geri qaytarmışdı, baxmayaraq ki, ailəsinin sayı çox idi və ehtiyacları da var idi.

Mən dostumdan bunun səbəbini soruşdum və dostum mənə dedi: "Həmin yoxsul ailənin başçısı deyir ki, mənim bu gün və sabah üçün pulum vardır və bu pulla ailəmin xərclərini ödəyə biləcəyəm. Yaxşı olar ki, bu pulu bu gün və sabahı üçün heç nəyi olmayan insanlara verəsiniz".