Azərbaycan nefti 3 dollar ucuzlaşıb


Digərləri 17 İyl 2018 23:13:00 219 0

Azərbaycan nefti 3 dollar ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 16-da 73,79 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 3,06 dollar dollar/barel azdır.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 16-da 72,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,04 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 16-da 69,09 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 2,52 dollar/barel azdır.