“Saziş pozulsa, İran nüvə proqramını davam etdirəcək”


Dünya 17 İyl 2018 23:17:00 337 0

“Saziş pozulsa, İran nüvə proqramını davam etdirəcək”

Hərtərəfli Birgə Fəaliyyət Planının  (HBFP) pozulması ilə İranın nüvə proqramının inkişaf sürəti  ölkənin daxili ehtiyacına uyğun həyata keçiriləcək.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu  İran Atom Enerji Təşkilatının  sözçüsü  Behruz Kəmalvənd deyib.

"Hərtərəfli Bİrgə Fəaliyyət Planı olmazsa İranın nüvə fəaliyyətləri sürətlə artırılacaq və  uranın zənginləşdirilməsi  prosesində heç bir məhdudiyyət qoyulmayacaq.  Bütün bu variantlar  masa üzərindədir. HBFP davam etdirilərsə yaxşıdır, əks təqdirdə İran nüvə proqramını sürətlə davam etdiriləcək.  Ölkəmizin ehtiyacını təmin etmək üçün  proqramımızı davam etdirəcəyik", deyə B.Kəmalvənd qeyd edib.