Ukrayna dairəsinin istifadəyə veriləcəyi


Digərləri 17 İyl 2018 22:07:00 238 0

Ukrayna dairəsinin istifadəyə veriləcəyi

Bakının Xətai rayonu ərazisindəki Ukrayna dairəsində başlanan təmir işləri başa çatmaq üzrədir.

Son.az bildirir ki, bu barədə özəl olaraq Trend-ə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, artıq dairənin bir hissəsində təmir işləri tam başa çatıb: "Dairənin Məhəmməd Hadi küçəsi, Neapol dairəsi və Gəncə prospekti ilə kəsişmə hissəsində təmir işləri yekunlaşıb. Həmin hissə sürücülərin istifadəsinə verilib. Hazırda Fəhlə prospektinə çıxış hissədə asfaltlanma işləri gedir. İyulun 19-da təmir işləri tam başa çatacaq və dairə tam olaraq istifadəyə veriləcək".