Həzrət Fatimeyi Məsumənin elmi məqamı


Digərləri 17 İyl 2018 21:50:00 242 0

Həzrət Fatimeyi Məsumənin elmi məqamı

Həzrət Məsumə (ə) elm, təqva və əxlaqi fəzilət çeşməsi olan bir nəsildən idi. Xanım böyüyəndə əziz atasını şəhadətə yetirirlər və onun, habelə, digər bacı və qardaşların təlim və tərbiyəsini İmam Rza (ə) öz öhdəsinə götürdü. O Həzrətin (ə) diqqəti nəticəsində İmam Kazımın (ə) övladları yüksək məqama çatdılar.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Kazımın (ə) övladları arasında İmam Rzadan (ə) sonra Həzrət Məsumə (ə) elm və əxlaq baxımından onların içərisində ən ali məqama sahib idi. Bu həqiqəti Məsum İmamların (ə) onun haqqında dedikləri təriflərdən, ləqəblərdən, adlardan görmək olar. Əgər bu həqiqətə diqqət etsək ki, nəfsin tərbiyəsi ilə İlahi elmlərin və hikmətlərin, ürfani və əxlaqi dərəcələrin bir-biri ilə ayrılmaz əlaqələri vardır, Həzrət Məsumənin (ə) təsvirəgəlməz elmi məqamını dərk etmək olar. Xanım Fatimeyi-Məsumə də Həzrət Zeynəb kimi alimə idi.