Xəzər dənizini çirkləndirənlər cəzalandırılıb VİDEO


Digərləri 17 İyl 2018 21:08:00 275 0

Xəzər dənizini çirkləndirənlər cəzalandırılıb  VİDEO

Xəzər dənizini çirkləndirənlər cəzalandırılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının atılması, qalaqlanması, çirkab suların dənizə axıdılması hallarının qarşısının alınması məqsədilə reyd keçirilib.

Reyd zamanı Xaçmaz rayonu Müqtədir-Nabran zonasında fəaliyyət göstərən 8 istirahət mərkəzində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlanması, 4 istirahət mərkəzi və 1 restorandan isə məişət-çirkab sularının təmizlənmədən birbaşa Xəzər dənizinə axıdıldığı müəyyən olunub.

Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli "məcburi göstəriş"lər verilib.


Xəbərə aid video