Diqqət! Günəş vannası sağalmaz xəstəliklərə yol aça bilər VİDEO


Digərləri 17 İyl 2018 21:09:00 403 0

Diqqət! Günəş vannası sağalmaz xəstəliklərə yol aça bilər  VİDEO

Günəş şüalarının insan orqanizminə xeyirli təsiri olsa da, onu zərərli formada qəbul etmək də yolverilməzdir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, saatlarla günəş vannası qəbul etmək dəridə gün yanıqları problemləri, eyni zamanda sağalmaz xəstəliklərə yol aça bilər.

Gün yanıqları adətən yüngül və səthi olsa da, dermatoloqlar belə yanıqları çox təhlükəli hesab edirlər. Dermatoloqların sözlərinə görə, hətta bu yanıqlar dəri xərçəngi riskini də artırır.

Həkim Bəxtiyar Paşayevin sözlərinə görə, günəş vannaları dərinin vaxtından tez qocalmasına və hətta dəridə sağalmaz xəstəliklərin əmələ gəlməsinə belə səbəb ola bilər.


Xəbərə aid video