Bank Respublika startaplar üçün yay düşərgəsi təşkil etdi (FOTO)


Digərləri 17 İyl 2018 17:32:52 276 0

Bank Respublika startaplar üçün yay düşərgəsi təşkil etdi (FOTO)

Bank Respublika Azərbaycan İqtisad Universitetində təhsil alan tələbələr tərəfindən yaradılmış startaplar üçün Qusar şəhərində 3 günlük təlim təşkil edib.

Bakı. Startuplar hər zaman biznesə təkan verən qüvvə olub. Məlumdur ki, bir çox böyük biznes ideyaları zamanında adi startap kimi başlayıb. Orijinal ideya və mükəmməl komanda ilə yanaşı, startapı inkişaf etmək üçün özünüzü bəyan etmək bacarıqı da tələb olunur: layihəni elə təqdim etmək lazımdır ki, insanlarda maraq oyansın, bununla belə startap reallığa maksimum dərəcədə yaxın olmalıdır. Bu məqsədlə, Bank Respublika Azərbaycan İqtisad Universitetində təhsil alan tələbələr tərəfindən yaradılmış startaplar üçün Qusar şəhərində 3 günlük təlim təşkil edib. Trend-in məlumatına görə, tədbirə dəvət olunan ekspertlər 3 gün ərzində gənc sahibkarlar üçün İT sahəsindəki son tendensiyalar, müştərilərin və onların ehtiyaclarını daha yaxşı başa düşmək, məhsulların və hədəf qrupunun xarakterik üstünlüklərini müəyyən etmək, qiymətli və unikal təklifi yaratmaq və müştərilərlə iş səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üsullarını izah ediblər. Çevik və interaktiv format, istənilən sualları vermək imkanlı, praktiki tapşırıqlar və iştirakçıların təcrübə mübadiləsi bu tədbiri hər kəs üçün qiymətli və çox maraqlı edib.