İtaliyada ƏMƏLİYYAT


Dünya 17 İyl 2018 17:05:00 274 0

İtaliyada ƏMƏLİYYAT

İtaliya polisi genişmiqyaslı əməliyyat keçirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində "Kazamonika" cinayətkar klanının cinayətdə şübhəli bilinən 31 üzvü saxlanılıb. Məlumata görə, həmin klanın daha 6 üzvü isə axtarışa verilib.

Saxlanılan şəxslər narkotik alverində, soyğunçuluqda ittiham olunurlar.

Qeyd olunur ki, əməliyyatlar İtaliyanın paytaxtı, eləcə də Kozentsia və Reco-di-Kalabriya vilayətlərində keçirilib.