Bu dərmanlar məhv edilir


Digərləri 17 İyl 2018 16:39:00 295 0

Bu dərmanlar məhv edilir

https://az.trend.az/azerbaijan/gundem/2929495.html

Tailandın Qida məhsullarına və dərmanlara nəzarət idarəsi hipertoniya xəstəliyinin müalicəsində istifadə olunan 5 növ dərman vasitəsini ölkə apteklərindən və xəstəxanalarından yığışdırmağa qərar verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu dərmanların yerli şirkətlər tərəfindən istehsal olunduğu, əsas inqrediyentinin Çindən gətirildiyi və tərkibində onkoloji xəstəliklərə səbəb olan maddələrin aşkar edildiyi bildirilir.

İdarə son vaxtlarda bu dərmanlardan istifadə edən pasiyentlərdən xahiş edir ki, təcili olaraq həmin dərmanları aldıqları aptek və xəstəxanalara qaytarsınlar: "Bu dərmanlar məhv edilməlidir".