Bakıda avtomobil işıq dirəyinə çırpıldı


Digərləri 17 İyl 2018 15:25:00 223 0

Bakıda avtomobil işıq dirəyinə çırpıldı

Bakının Səbail rayonunda Bayraq Meydanının qarşısında yol nəqliyyat hadisəsi baş verib.

Son.az "yenicag.az"-a istinadən xəbər verir ki, "Vaz 2107" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb. Qəza zamanı avtomobil deformasiyaya uğrasa da, xoşbəxtlikdən sürücü xəsarət almayıb.