Türkiyə polisi PKK toplantısına basqın etdi:


Dünya 17 İyl 2018 15:08:00 243 0

Türkiyə polisi PKK toplantısına basqın etdi:

İstanbul Terrorla Mübarizə Şöbəsinin əməkdaşları müxalif Xalqların Demokratik Partiyasının (HDP) Sancaqtəpə rayon təşkilatına basqın ediblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, polisin basqını zamanı Türkiyə Silahlı Qüvvələrinin əməliyyatlarında öldürülən PKK terrorçularının anım mərasimi keçirilirmiş.

Şöbə əməkdaşları aralarında HDP Sancaqtəpə rayon təşkilatının sədri İlknur Yusufoğlu da olmaqla, 17 nəfəri saxlayıb.