Sevgilisini evinə gətirib, arvadının yanında cinsi əlaqəyə girdi


Dünya 17 İyl 2018 11:43:00 270 0

Sevgilisini evinə gətirib, arvadının yanında cinsi əlaqəyə girdi

İngiltərədə əri tərəfindən aldadılan qadın maddi imkansızlıq səbəbindən evi tərk edə bilməyincə uzun müddət üçlük şəklində eyni evdə birgə yaşamaq məcburiyyətində qalıblar. Son.az Haberler-ə istinadən xəbər verir ki, Worcester-də yaşayan Andryu Arthur və arvadı Tracey Arthur 15 il boyunca birlikdə idilər. Ailənin xoşbəxtliyi zaman keçdikcə gərgin günlərlə əvəzlənir. 

54 yaşlı Tracey ərinin onu aldatdığından şübhələnməyə başlayıb. Yanvar ayında Andryu boynunda ləkə ilə evə gəlib. Tracey bunun xəyanətdən sonra olduğunu desə də, əri inkar edərək dostları ilə dalaşdığın bildirib.

Tracey bu olaydan bir həftə keçməmiş ərinin iPad-ında başqa qadınla mesajlarına rast gəlib. 

Tracey ərinin ona qarşı laqeyidliyinin  səbəbini bilsə də aylarca bu vəziyyətdə yaşamaq məcburiyyətində qalıb. Andryu başqa bir qadınla birlikdə idi. Hətta həmin qadını evə gətirərək üçlükdə yaşamağa başlayıblar.

Andryu isə bu mövzuda "Yüzdə 90-ı doğru deyil. 5 il öncə onun da münasibəti vardı, məni öyrənincə bitirdiyini iddia etdi. Bəli, sevgilim evimə köçüb, amma biz artıq Tracey ilə ər-arvad kimi deyilik" deyib.

Tracey isə "Hələ də bunu mənə etdiyinə inana bilmirəm, mən öyrənənə qədər bir yastığa baş qoyduq. Mənə cəhənnəmi yaşatdı. Kim həyat yoldaşı yaşadığı evə sevgilisin gətirər?" deyib.

Cütlüyün yaşadıqları ev Andryunun ailəsinə aiddir. O, bundan istifadə edərək arvadının evdən çıxmağını istəyib. Tracey ərinin istəyini rədd edib.


Xəbərə aid fotolar