"BANMa qəbul olmağım həyatımda dönüş nöqtəsi oldu"


Digərləri 17 İyl 2018 11:22:00 290 0

"BANMa qəbul olmağım həyatımda dönüş nöqtəsi oldu"

Son.az Bakı Ali Neft Məktəbinə (BANM) 5 il öncə 660 balla daxil olan və bu il məzun olaraq İtaliyanın Milan Politexnik Universitetində ödənişsiz magistratura təhsilini davam etdirəcək Azər Ömərovla müsahibəni təqdim edir:

- Azər, bu il BANM-ı bitirib məzun oldunuz. BANM-ın məzunu olmaq sizin üçün nə deməkdir?

- Mənim üçün BANM-ın məzunu olmaq uğurlu gələcəyin əsaslı təməlinin qoyulması deməkdir. BANM-a qəbul olmağım mənim həyatımda dönüş nöqtəsi oldu. İlk başlayanda təhsilin ağırlığı və sərt qayda-qanunlara alışmaq çətin olsa da, sonradan məhz bu şərtlərin bizim inkişafımızda böyük rol oynadığını, bu ali məktəbin bizə nəinki sadəcə təhsil verdiyini, eyni zamanda bizi uğurlu iş həyatına hazırladığını görüb, hər şeyi anlamış olduq. Ali məktəbimizdəki sərt nizam-intizam və qayda-qanunlarına baxmayaraq, tələbələrin hər hansı bir problemi olarsa universitetimizin əməkdaşları əlindən gələn köməyi əsirgəmir, hətta lazım gələrsə rektorumuz birbaşa özü müdaxilə edərək bizim problemlərimizin həllinə kömək edir. Bütün bunlar Ali Məktəbimizdə tələbələrə isti və doğma ailə münasibətinin yaradılmasının göstəricisidir. Mən texniki biliklər və təcrübələrlə yanaşı, burada səmimi münasibət, dəyərli insanlar və yaxın dostlar qazanmışam və BANM ailəsinin bir üzvü olmaqdan qürur duyuram.

- Siz BANM-ı bitirərək İtaliyanın Milan Politexnik Universitetinə daxil olmusuz. Akademik və digər uğurlarınızda kimin və ya nəyin rolu vardır?

- Hər bir uğurumda ilk öncə ailəm və onların mənə dəstəyi böyük rol oynayır. Akademik göstəricilərimin yüksək olması və bir çox başqa nailiyyətlərim isə təbii ki birbaşa BANM-da təhsil almağımla bağlıdır. Uğur əldə edə bilməyim üçün öz əzmkarlığım və qabiliyyətimin olması ilə yanaşı, lazımi mühit və şərait də tələb olunur hansıki BANM bunları bizə verir. Buradakı ixtisaslaşmış müəllim və professorların köməkliyilə aldığım təhsil, qazandığım uğurlar akademik və karyera imkanlarımda əvəzsiz yer tutur. Əldə etdiyim uğurlarda əməyi olan bütün müəllimlərimə və BANM-a olan sonsuz təşəkkürlərimi bildirirəm.

- BANM-a daxil olanda, yoxsa Milan Politexnik Universitetinə daxil olanda daha çox sevinmişdiz?

- Hər bir nailiyyət mənim üçün önəmlidir, lakin BANM-a daxil olmağım əldə etdiyim nailiyyətlərin təməlini qoyub. BANM-a qəbul olduğumu öyrəndiyim zaman mənim üçün ən dəyərli, əvəzedilməz və sevindirici an olmuşdu. Milan Politexnik Universitetini isə təhsilimi davam etdirmək məqsədilə seçdim və bu seçimimdən də məmnunam.

- İtaliyada magistraturanı bitirdikdən sonra Vətənə qayıdacaqsınız, yoxsa həyatınızı və karyeranızı Azərbaycandan kənarda planlayırsız?

- Magistraturanı bitirdikdən sonra bir müddət xaricdə karyeramı davam etdirməyi, lakin sonra Vətənə qayıtmağı planlaşdırmışam. Düşünürəm ki, xarici ölkələrdə qazandığım təcrübə və biliklər mənim fərdi inkişafımda əhəmiyyətli rol oynayacaq və Vətənə qayıdanda həmin bilik və bacarıqları ölkəmizin inkişafı üçün tətbiq etməyə çalışacağam.

- BANM-da "Proseslərin avtomatlaşdırılması mühəndisliyi", Milan Politexnik Universitetində isə "Avtomatika və idarəetmə mühəndisliyi" ixtisasını seçmisiz. Avtomatikaya sizdə həvəs hardandı?