Ötən gün axtarışda olan 28 nəfər saxlanılıb


Digərləri 17 İyl 2018 10:02:51 215 0

Ötən gün axtarışda olan 28 nəfər saxlanılıb

Ötən gün axtarışda olan 28 nəfər saxlanılıb.

Bakı. İyulun 16-dan 17-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 107 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb. Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.