Havayda vulkan püskürdü:


Dünya 17 İyl 2018 09:10:54 237 0

Havayda vulkan püskürdü:

Havay adalarında Kilauea vulkanının püskürməsi nəticəsində "basketbol topu boyda lava" gəmiyə düşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində gəmidə olan 49 sərnişindən 23-ü müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan birinin ayağı sınıb, digərləri isə yanıq xəsarətləri alıb.

Qeyd edək ki, Kilauea vulkanı Yer kürəsində ən aktiv vulkanlardan biridir. Onun son püskürməsi 1983-cü il yanvarın 2-də başlayıb və indiyə qədər davam edir. Bu ilin may ayında vulkanın aktivləşməsində sonra 10 minə yaxın sakin təxliyəedilmişdi, 700-dən artıq ev məhv olmuşdu.