Bakıda gənc oğlanı avtomobil vurub


Digərləri 17 İyl 2018 08:48:00 267 0

Bakıda gənc oğlanı avtomobil vurub

Paytaxtın Nəsimi rayonunda yol nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə metronun Memar Əcəmi stansiyasının yaxınlığında baş verib.

Mercedes markalı avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Banayev Arif Bəhrəm oğlunu vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinə məlumat verilib.