Bakıda xanım sürücü qəza törədib, xəsarət alan var FOTO


Digərləri 17 İyl 2018 08:28:00 375 0

Bakıda xanım sürücü qəza törədib, xəsarət alan var  FOTO

Qəzadan sonra sürücülər arasında mübahisə düşüb

Nəsimi rayonunda işıqforun qırmızı işığından keçən avtomobil qəzaya uğrayıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Abbasqulu Ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

Abbasqulu Ağa Bakıxanov küçəsi ilə hərəkətdə olan "BMW" markalı avtomobili idarə edən xanım sürücü işıqforun qırmızı işığından keçərkən Azadlıq prospekti ilə hərəkətdə olan "Mercedes" ona çırpılıb. Nəticədə "BMW"-nin sürücüsü bədən xəsarətləri alıb.

Qəzadan sonra hər iki tərəf arasında mübahisə düşüb.

Əraziyə Post Patrul və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Hər iki avtomobil cərimə meydançasına yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbərə aid fotolar