Qardaşı, yoxsa dayısından HAMİLƏ QALDI? 14 yaşlı qıza qarşı DƏHŞƏTLİ ƏMƏL


Digərləri 16 İyl 2018 23:25:00 256 0

Qardaşı, yoxsa dayısından HAMİLƏ QALDI? 14 yaşlı qıza qarşı DƏHŞƏTLİ ƏMƏL

Türkiyənin Şanlıurfa vilayətinin Siverek mahalında tükürpədici bir hadisə baş verib.

Son.az xəbər verir ki, özünü pis hiss etdiyi üçün xəstəxanaya aparılan 14 yaşındakı A.B.-nin ilkin müayinədən sonra hamilə olduğu məlum olub.

Onun qızı dünyaya gəlib. Həkimlər hadisə barəsində dərhal polisə məlumat veriblər.

Qardaşı və dayısı təcavüz edib

A.B. polisə verdiyi ilkin ifadəsində böyük qardaşı və görmə qüsurlu dayısının təcavüzünə məruz qaldığını bildirib. Onun sözlərinə görə, təhdid edildiyi üçün bu barədə ailəsi və ya başqa birinə məlumat verə bilməyib. Hamilə olduğunu çox gec öyrənən A.B. geyindiyi paltarlarla bunu gizlətməyə çalışıb. O, uşağının atasının kim olduğunu bilmədiyini söyləyib.

"Məni məcbur etdi"

Kiçik qızın polisə ifadəsindən sonra polis qardaşı M.B. və əmisi M.İ.-ni saxlayıb. Qardaşının sözlərinə görə, 2016-ci ilin oktyabrında bacısı ona evdə tək olduqları zaman cinsi əlaqəda olmağı təklif edib.

"Qəbul etmədim. Amma mənə söylədi ki, təklifi qəbul etməyəcəyi halda, anama birlikdə olduğumuzu söyləyəcək. Bundan sonra cinsi əlaqəyə girdik. Ondan başqa biri ilə yaxınlıq edib-etmədiyini soruşmadım və o tarixdən sonra birlikdə olmadıq", - qardaşı deyib.