İnsan 5300 il əvvəl nə yeyirdi? Alimlərdən MARAQLI TƏDQİQAT


Digərləri 16 İyl 2018 21:40:00 271 0

İnsan 5300 il əvvəl nə yeyirdi?  Alimlərdən MARAQLI TƏDQİQAT

İtaliyanın "Eurac Research" tədqiqat mərkəzindən olan alimlər qrupu 5300 yaşlı Esi adlı mumiyanın mədəsinin tərkibini analiz ediblər.

Son.az xəbər verir ki, tədqiqatın məqsədi qədim insanın son qidasının nədən ibarət olduğunu müəyyən etmək olub.

Bildirilir ki, alimlər mikroskopiya metodlarının köməyi ilə Esinin orqanizmində zəhərli ayıdöşəyi, təzə və ya qurudulmuş keçi əti, maral əti və dən qalıqlarını aşkar ediblər.

Tədqiqatçılar yazırlar ki, heyvan piyləri mədənin tərkibinin 46 faizini təşkil edir. Alimlərin fikrincə, qidalanmanın belə seçimi bədənin ov üçün daim enerji ilə təmin etmək ehtiyacıyla bağlı idi.