"Jara"da səhnəyə çıxacaq məşhurlarımızın adı açıqlandı


Digərləri 16 İyl 2018 20:40:00 259 0

"Jara"da səhnəyə çıxacaq məşhurlarımızın adı açıqlandı

Artıq 10 gündən sonra "Jara" Beynəlxalq Musiqi Festivalı start götürəcək.

Son.az axşam.az-a istinadən bildirir ki, xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən gecədə Rusya şou-biznesinin məşhur simaları yer alacaqlar. 

Hər il olduğu kimi, bu dəfə də festivalda yerli məşhurların çıxışı gözlənilir. Belə ki, "Jara 2018"in qonaqları xalq artisti Aygün Kazımova, müğənni Samir Bağırov və "Eurovision"da ölkəmizi təmsil edən Aysel Məmmədova olacaq. Onlarla yanaşı səhnədə gənc ifaçı Cəmilə Haşımova (Jiva) , Rusiyada fəaliyyət göstərən müğənnilər Elman Zeynalov və Sultan Məşədiyev çıxış edəcəklər.