Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edildi FOTO


Digərləri 16 İyl 2018 20:30:00 240 0

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edildi  FOTO

Meşələrdə ağacların qanunsuz kəsilməsi və daşınması hallarının qarşısının tam alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən regionlarda reydlər davam etdirilir.

Nazirlikdən Son.az-a verilən məlumata görə, reyd zamanı Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən 15 iyul 2018-ci il tarixində Qəbələ rayonunun Bum meşəbəyliyinin 6 saylı dolayında gecə saat 4 radələrində "URAL" markalı dövlət nömrə nişanı olmayan avtomobil saxlanılıb. Avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 8 kub.m həcmində yaş fıstıq cinsli meşə materialı aşkar edilib və sənədləşmə işləri aparılır.


Xəbərə aid fotolar