Eldar Əzizov Bakı meriyasına gətirildi


Digərləri 16 İyl 2018 16:58:00 285 0

Eldar Əzizov Bakı meriyasına gətirildi

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yeni vəzifə verilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub. Hazırda BŞİH-nin başçısı postu boş olduğu üçün E. Əzizov həm də şəhər meri səlahiyyətini icra edəcək.

Qeyd edək ki, E. Əzizov bundan əvvəl Gəncə, Sumqayıt şəhərlərinin icra başçısı vəzifəsində çalışıb.