Bakıda marşrut xətlərindən biri uzadıldı - 199


Digərləri 16 İyl 2018 16:40:00 261 0

Bakıda marşrut xətlərindən biri uzadıldı - 199

Bakıda marşrut xətlərindən biri uzadılıb.

Bakı. Samir Əli - Bakıda marşrut xətlərindən biri uzadılıb. Trend Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən məlumat verir ki, bundan əvvəl 199 saylı marşrut xətti Şərq bazarının qarşısındakı dayanacaqdan Masazır dairəsi daxil olmaqla "Abşeron" gənclər şəhərciyinə qədər yol qət edirdi. Həmin ərazidə yaşayan sərnişinlərin və Bakı Mühəndislik Universitetində təhsil alan tələbələrin Dövlət Xidmətinə çoxsaylı müraciətləri də nəzərə alınmaqla marşrutun xətti universitetin önündəki dayanacağa qədər uzadılıb.