Türkiyə Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına kursant qəbulu elan edilir


Digərləri 16 İyl 2018 16:10:00 867 0

Türkiyə Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına kursant qəbulu elan edilir

Türkiyə Daxili İşlər Nazirliyinin Jandarma Baş Komandanlığının Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına kursant qəbulu elan edilir.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana, eləcə də müavinətlə təmin olunurlar.

Akademiyaya 2018/2019-cu tədris ili üçün kursant qəbulu qaydaları ilə aşağıda tanış ola bilərsiniz:

I. Ümumi müddəalar:

Təhsil dili: Türk dili

Müvafiq təhsil müəssisəsində ingilis dilinin tədrisinə böyük önəm verilir. Kursantlara 4 illik ali təhsildən öncə 1 il müddətində İngilis dilindən hazırlıq təlimi keçirilir. İngilis dilini müvafiq səviyyədə bilən kursantlar isə birbaşa 1-ci kursdan təhsilə başlayırlar.

Təhsil forması: əyani

Təhsil müddəti: İngilis dili hazırlığı ilə birlikdə 5 il

Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana, eləcə də müavinətlə təmin olunurlar.

II. Ali Məktəbə qəbul aşağıdakı mərhələlərdə həyata keçirilir: