İtkin düşdüyü bildirilən 18 yaşlı oğlan tapıldı


Digərləri 16 İyl 2018 13:35:00 216 0

İtkin düşdüyü bildirilən 18 yaşlı oğlan tapıldı

Şirvanda itkin düşdüyü bildirilən gənc tapılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Nağıyev Orxan Məmmədsadıq oğlunun Gəncə şəhərində olduğu məlum olub.  

Onun iyulun 14-də 14.30 radələrində evdən çıxaraq bir daha geri qayıtmadığı bildirilirdi.

O. Nağıyev Şirvan Polis Şöbəsi tərəfindən itkin kimi qeydiyyata alınıb və barəsində axtarış elan olunub.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Nağıyev Orxan Məmmədsadıq oğlu iyulun 14-də 14.30 radələrində velosipedlə evdən çıxaraq bir daha geri qayıtmamışdı. Onun sonuncu dəfə 4-cü sinif şagirdi olan qardaşı ilə mübahisə etdiyi bildirlir.