Mundialın finalındakı qalmaqal:


Digərləri 16 İyl 2018 12:44:26 285 0

Mundialın finalındakı qalmaqal:

Rusiyada keçirilən DÇ-2018-in finalında, Fransa-Xorvatiya matçında ikinci hissənin əvvəlində polis formasında 4 nəfər qaçaraq meydana çıxdılar.

Son.az Meduza-ya istinadən bildirir ki, onlar "Russy Riot" pank-qrupunun üzvləri Olqa Kuraçyova, Olqa Paxtusova, Nika Nikulşina və "Mediazona"nın nahiri Pyotr Verzilov idilər.

Moskvadakı "Lujniki" arenasının mühafizəçiləri meydana çıxanları dərhal yaxalayaraq çıxarıblar. Fəqət, qaçanlardan biri Fransa yığmasının forvardı Kilian Mbappe ilə salamlaşmağa macal tapıb.

"Pussy Riot" Facebook-dakı səhifəsində olayla bağlı bəyanat yayaraq bildirib ki, aksiya "Milisianerin apofeozu" ("milisioner" yox, məhz "milisianer" - red.) əsərlər silsiləsinin müəllifi Dmitri Priqovun ölümünün 11 illiyinə həsr olunub.

"Dünya çempionatı gələcəyin gözəl Rusiyasında Səma Milisionerinin mümkünlüyünü xatırlatdı. Lakin hər gün qaydasız oyuna başlayan yerdəki milisoner dünyamızı pozur", - bəyanatda deyilir.


Xəbərə aid fotolar