Binəqədidə ilin 1-ci yarısının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş hesabat iclası keçirilib (FOTO)


Digərləri 16 İyl 2018 12:23:00 246 0

Binəqədidə ilin 1-ci yarısının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş hesabat iclası keçirilib (FOTO)

Binəqədi rayonunun 2018-ci ilin 1-ci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib.

Bakı. İyulun 14-də Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasının akt zalında Binəqədi rayonunun 2018-ci ilin 1-ci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib. Binəqədi Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, icra başçısı Elxan Allahverdiyev şura iclasını açaraq, iclasın gündəliyini elan edib və giriş nitqi ilə çıxış edib. Elxan Allahverdiyev öz nitqində 2018-ci ilin 1-ci yarımilində ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanıldığını, hesabat dövründə iqtisadiyyatın davamlı inkişafı nəticəsində qeyri-neft sektorunun 2 faiz, kənd təsərrüfatının 7,6 faiz, xüsusən də bitkiçiliyin 14 faizdən çox artdığını qeyd edib. Başçı eyni zamanda rayonun sosial-iqtisadi, ictimai-siyasi, abadlıq-quruculuq sahəsində də görülən işlərin qənaətbəxş olduğunu qeyd edib və sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyəsinin azadılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, məcburi köçkünləri narahat edən problemlərin həll edilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirməsi istiqamətində öz tapşırıqlarını verib.