Tacirdən efirdə cəsarətli AÇIQLAMA


Digərləri 16 İyl 2018 12:01:00 267 0

Tacirdən efirdə cəsarətli AÇIQLAMA

Dünən "Nanəli" proqramında mərhum sənətkar Məhəbbət Kazımovun xatirəsi anılıb.

Son.az xəbər verir ki, əməkdar artistin verilişə gələn həmkarları sənətkar barədə xatirələrini bölüşüblər.

Tacir Şahmalıoğlu da proqramda iştirak edən müğənnilərdən olub. O, Məhəbbət Kazımovu hər zaman özünə böyük qardaş gördüyünü, lakin mərhum sənətkar ilə heç zaman dostluqlarının olmadığını da etiraf edib:

"Aramızda pərdə olub. Mən Məhəbbət Kazımova qulaq asa-asa sənətkar olmuşam".