Qubada qaraj və içindəki əşyalar yanıb


Digərləri 16 İyl 2018 08:59:00 270 0

Qubada qaraj və içindəki əşyalar yanıb

Quba rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Qacar Zeyid kəndində ümumi sahəsi 150 m² olan qarajın yanar konstruksiyaları, içərisində qoşqu, taxta taralar, yaxınlıqdakı ümumi sahəsi 21 m² olan tövlə və ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları, altına yığılmış taxta taralar yanıb.

Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.